ŞİRKƏTİN TARİXİ
“RASHMED” MMC 27 Yanvar 2019-cu il tarixində fəaliyyətə başlamışdır.
Tibb sahəsində təcrübəmizdən əmin olaraq çıxdığımız bu yolda şirkətimiz keyfiyyət, etibarlılıq və peşəkarlığı ilə səhiyyə dünyasında inkişaf etmək və innovativ texnologiyalardan yararlanmaq üçün professional xidmət almaq istəyən dəyərli tibb işçilərinin əsas seçiminə çevrilmişdir.
MİSSİYAMIZ
Aparıcı tibb vasitələri istehsalçılarının məhsullarını təqdim edən şirkətimizin əsas məqsədi tibb sahəsində, xüsusi ilə endoskopiya və ultrasəs müayinəsi sahəsində çalışan tibb işçilərini ən sərfəli şərtlərlə keyfiyyətli tibb vasitələri ilə təmin etməkdir.
Eyni zamanda yüksək səviyyəli dünya markalarının istehsal etdiyi tibb vasitələrini ölkəmizə gətirməklə ölkə səhiyyəsində müasir texnologiyaların istifadəsini artırmaq, keyfiyyətli və dəqiq müayinələr üçün zəmin yaratmaqdır.
Həmçinin, qeyd etmək istərdik ki, şirkətimiz Endoskopiya sahəsində istifadə olunan avadanlıqların və Ultrasəs Müayinə Cihazlarının kirayəsi, peşəkar təmiri və baxımı ilə də məşğuldur.
VİZYONUMUZ
Ölkəmizdə ən sərfəli şərtlərlə tibb vasitələrinin satışı, kirayəsi və təmiri xidməti axtarıldıqda ilk yada düşən firma olmaq.