Rashmed MMC Meditech firmasının endoskop yuyucusu J 1000 öz müştərisinə təqdim etdi. Avadanlıq vaxtında müəssisəyə təhvil verilərək quraşdırıldı və istifadə qaydaları barədə müştəriyə təlimat verildi.
Qeyd edək ki, Meditech firmasının istehsalı olan J-1000 endoskop yuyucu maşını bir endoskop üçün nəzərdə tutulub, müxtəlif əməliyyatların icrasını özündə cəmləşdirib.
İki növ sızıntı yoxlama funksiyasını (hava və su ilə), üç proqramda işləmə imkanını (dezinfeksiya etmək, hava vurmaq, təmizlik), hər proqrama ayrı vaxt təyin etmək mümkünlüyünü özündə birləşdirən avadanlıq müştəriyə rahat idarə etmə imkanı təqdim edir.
Bunlarla yanaşı icra edilən əməliyyatların növünü və vaxtını özündə əks etdirən LCD ekran və elektrik qısa qapanmaları zamanı cərəyan axışını kəsən kilid sistemi də mövcuddur.
Məhsul barəsində daha ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə, sifariş vermək üçün birbaşa əlaqə saxlaya bilərsiniz.
linklər : https://www.rashmed.az/product/category/57/endoskop-yuyucu
Əlaqə : +99470 5113020
Əhməd Rəcəbli küçəsi 23C, 4-cü mərtəbə