HAQQIMIZDA
“RASHMED” MMC 27 Yanvar 2019-cu il tarixindən fəaliyyətə başlamışdır. Tibb
sahəsində təcrübəmizdən əmin olaraq bu yola çıxmışıq və missiyamız Azərbaycanda tibb
sahəsində, xüsusi ilə endoskopiya sahəsində istifadə olunan ləvazimatların sifarişi və
satışı ilə məşğul olmaqdır. Məqsədimiz sifariş olunan ləvazimatları ən münasib qiymətlərlə,
və keyfiyyətli şəkildə müştərilərimizə çatdırılmasını təmin etməkdir. Biz işimizi sevirik və
bu işin bizim üçün nə qədər dəyərli olduğunu göstərdiyimiz xidmətin keyfiyyəti ilə hər an
göstərməyə hazırıq.